"Xəzər Lənkəran"ın yeni qapıçısı Vyekoslav Tomiçin futbolinfo.az saytına müsahibəsi
– Artıq “Xəzər Lənkəran”dasınız. Özünüzü necə hiss edirsiz?
– Özümü yaxşı hiss edirəm. Artıq 3 gündü buradayam. Hər şey yaxşı gedir. Hazırlıqları davam etdiririk.
– Azərbaycan futbolu haqqında nəsə bilirdiz?
– Əlbəttə, bilirdim. Yoldaşlıq oyununda mən Azərbaycan komandasına qarşı oynamışam. Həmçinin DÇ-2014-ün seçmə mərhələsində milli komandanızın oyunlarına baxmışdım.
– Azərbaycanda bir neçə xorvatiyalı futbolçu oynayıb. Onlardan kimisə tanıyırdız?
– Təbii ki, tanıyırdım. Məsələn, Roberto Alvizi. Elə o da “Xəzər Lənkəran”da oynayıb.
– Transferiniz gündəmə gələndə onunla söhbət etdiz?
– Vaxtilə onunla bir komandada oynamışam. Təbii ki, bura gəlməzdən öncə ondan nələrisə soruşdum. Çox pozitiv danışdı. Mənə söylədi ki, sən ora getsən, yaxşı olacaq. “Xəzər Lənkəran” böyük komandadı. Elə bura keçidimdə də onun müsbət sözlərinin rolu oldu.
– Orxan Sadıqlı ilə münasibət yaratmısız?
– O, yaxşı qapıçıdı. Gəncdi və gələcəyi qarşıdadı. İnanıram ki, bizim aramızda yaxşı rəqabət olacaq.
– Komandanızın çempionatdakı çıxışından xəbəriniz var?
– Var. Düzdü, elə də yaxşı yerlərdə deyil. Amma güclü komandadı. İnanıram ki, ikinci yarıda daha yaxşı çıxış edəcəyik.
ELSEVƏR, ANTALYA





