Topaz Premyer Liqasının qalan 2 dövrəsinə Türkiyədə hazırlaşan “Rəvan” transfer çalışmalarını da davam edir. Futbolinfo.az xəbər verir ki, artıq paytaxt klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Belə ki, argentinalı futbolçu Kristian Torres "aslanlar"la yollarını ayırıb. Bu məlumatı saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov da təsdiqləyib. O, baş məşqçi Güvənç Kurtarın bu futbolçunu sərəncamında görmək istəmədiyini bildirib.





