Nazim Süleymanovun istefasının səbəbləri çox sadə görünsə də, buna heç kəs inanmadı. Hər kəs də bilirdi ki, kimlər Süleymanovun istefasında maraqlıdı. Nazim bəyin istefası haqda hər kəs danışdı, müzakirə etdi. Mətbuat yazdı, Böyükağa Hacıyev yalandan sən öl vurdu,Tahir Süleymanov şoka düşdü, futbolçulardan isə Mahir Şükürov, Flavinyo özlərini "yandırdı"lar..
 
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov da qeyd etdi ki, "Süleymanov qorxdu və biz Hacıyevi dəvət etdik. Hacıyev yenidən komandaya qayıtdı və "Neftçi"nin nəyə qadir olduğunu sübüt etdi".
 
Görəsən, "Neftçi" nələrə qadirdi? Və yaxud klubun prezidenti Sadıqov?
 
Məlumat üçün bildirmək istəyirik ki, Sadıqov "Neftçi"nin 2013/2014  mövsümü ərzində 2 qarşılaşmadan başqa, bütün matçlarını izləyib. Seyr etmədiyi matçlar isə "Neftçi"nin 14-cu turda "İnter"ə və 18-ci turda AZAL-a qarşı oyunları olub. Maraqlıdı ki, hər iki matçda Sadıqovun komandası məğlub olub. Elə bu məğlubiyyətlərdən sonra da Süleymanovun kreslosu silkələnməyə başlamışdı.
 
Bir çoxları düşünə bilər ki, Sadıqovun ayağında kəramət var. Onun "Neftçi"nin matçları gəlməsini və bunun üçün komandanın qələbəyə daha çox motivasiya olduğunu da düşünə bilərsiniz. Ancaq bu, heç də belə deyil. Nazim Süleymanovun komandadan göndərilməsi planlı şəkildə olub.
 
"Neftçi" futbolçularının Sadıq bəyin olmadığı "İnter" və AZAL-la oyunda qırmızı vərəqə almasını müzakirə etmişdik. Çox maraqlıdı ki, hər iki oyunda məğlub olmalarını "Neftçi" rəhbərliyi şüvənliklə ört-basdır etməyə nail oldu. "Neftçi" rəhbərliyi "İnter"lə oyundan sonra baş hakim Rəhim Həsənova qarşı kükrədisə, eyni hal AZAL-la matçda gənc referi Orxan Məmmədova qarşı təkrarlandı. Halbuki həmin oyunlarda meydandan qovulanlar – Flavinyo və Mahir Şükürov sonrakı açıqlamaları ilə bəlkə də bilərəkdən özlərini qovdurtdurduqlarını göstərdilər.
 
Ümumiyyətlə, Sadıqovun izləmədiyi oyunlarda alınan məğlubiyyətlər və futbolçuların bilərəkdən qırmızı vərəqə alması çox şeydən xəbər verir. Yəqin ki, həmin vaxt komandaya rəhbərlik müşavirin əlində olub və onun sevimliləri də Nazim Süleymanovun nüfuzdan salınması üçün hər şeyi edib.
 
EMİN SƏFƏROV
Shares: