"Qarabağ" heyətini güçləndirmək üçün ilk addımı atıb. Futbolinfo.az xəbər verir ki, ağdamlılar gürcü hücumçu Jaba Dvalini transfer etməyə çox yaxındı.
 
28 yaşlı hücumçu ölkəsinin “Sioni”, “Çixura”, “Olimpi”, “Zestafoni” Moldovanın “Daçiya” klublarında da çıxış edib. Dvalinin son klubu isə Tiflis "Dinamo"su olub.
 
Qeyd edək ki, Dvali azərbaycanlı azarkeşlərə heç də yad futbolçu deyil. O, 2012/13 mövsümündə "Zestafoni"nin heyətində çıxış etdiyi zaman Çempionlar Liqasıın 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı cavab oyununda qol vurmuşdu.
 
Ağdam klubu artıq komandanın düşərgəsinə qoşulan futbolçu ilə tezliklə müqavilə imzalayacaq.
Shares: