"Qəbələ"nin müdafiəçisi Ruslan Tağızadə haqqında dolaşan "lipa" xəbərlərinə aydınlıq gətirib. Futbolinfo.az saytına açıqlama verən gənc müdafiəçi bunları bildirib:
 
"Ətrafımda olan insanlar məni çox yaxşı tanıyır. Heç kim deyə bilməz ki, "lipa"yam. Düzdü, sosial şəbəkədə yaşımı çox göstərmişəm. Bu da normal haldı. Bir çox idmançı yaşını realda olandan çox göstərir. Bunun da bir səbəbi var. Qızlarla tanışlıq zamanı onlar deməsin ki, "bu oğlan lap uşaqdı". Burada qeyri-adi heç nə yoxdu".
 
Qeyd edək ki, Ruslan Tağızadə 1993-cü il təvəllüdlü olsa da, "facebook" profilində doğum ilini 1991-ci il kimi qeyd etmişdi.
Shares: