Xəbər verdiyimiz kimi, "Simurq" Antalyadakı son yoldaşlıq görüşündən də qalib ayrılıb. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubu məskunlaşdığı "Sueno" otelinin meydançasında "Draqovolyats" klubu ilə üz-üzə gəlib.
 
"Simurq" Draqan Çeran və Taqim Novruzovun qolları sayəsində rəqibini 2:0 hesabı ilə məğlub edib. Qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyi bütün yoldaşlıq görüşlərində mğlub olmayan "Simurq" bu gün ölkəyə yola düşür.
 
Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Neftçi"nin qonağı olacaq komanda bir günlük istirahətdən sonra Bakıda hazırlıqları davam etdirəcək.

Shares: