"Xəzər Lənkəran" braziliyalı müdafiəçi Uilyam Tyeqo de Jesusla münasibətləri rəsmilşdirib. Futbolinfo.az xəbər verir ki, karyerasına "Sergipe" klubunda başlayan Tyeqo 2007-ci ildə məşhur "Qremio"nun heyətinə cəlb olunub.
 
"Qremio" ilə Braziliya A Seriyası və Libertadores kubokunda çıxış etmiş futbolçu bu klubda olduğu müddət ərzində toplam 50-dən çox oyunda forma geyinib.
 
Bir mövsüm Yaponiyanın "Kyoto Sanqa" klubunda forma geyindikdən sonra müdafiəçi ölkəsinin "Bahia" və "Seara" klublarında da oynayıb.
 
2013-cü ilin əvvəlində isə Tyeqo "Fiqeyrense" ilə anlaşıb. Bu komandanın aparıcı üzvünə çevrilən 27 yaşlı arxa xətt oyunçusu təqvim ili ərzində 40-dan çox oyunda əvəz olunmadan meydanda olub.
 
"Xəzər Lənkəran"la Tyeqo de Jesus arasında növbəti mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Shares: