İtaliyanın “Milan” klubu maraqlı qərarla diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, A Seriyasında mübarizə aparan “Sassuolo” “rossonyerlər”in baza komandasını çalışdıran Filippo İnzaqiyə baş məşqçilik təklifi göndərib.
Lakin “qırmızı-qaralar”ın sabiq futbolçusuna veto qoyması keçidin baş tutmasına mane olub. Bu haqda vitse-prezident Adriano Qalliani məlumat verib: “İnzaqi “Sassuolo”nu çalışdırmayacaq. O, “Milan”dakı vəzifəsini davam etdirir”.
Xatırladaq ki, Massimilano Alleqrinin gedişindən sonra “Milan”ı məhz Filippo İnzaginin çalışdıracağı deyilsə də, klub rəhbərliyi sonda Klarens Zeedorfa üstünlük vermişdi.





