“Arsenal”ın Julian Drakslerlə bağlı təkidləri davam edir. Futbolinfo.az xəbər verir ki, “topçular” qış “transfer pəncərəsi” bağlanmamış alman futbolçunu “Şalke”dən qoparmaq istəyir.
 
London təmsilçisi yarımmüdafiəçiyə görə, son olaraq 30 milyon avro təklif edib. "Arsenal"ın baş məşqçisi Arsen Venger israrla 20 yaşlı futbolçunu komandasında görmək istədiyini rəhbərliyə çatdırıb. Fransız mütəxəssis Draksleri zədədən əziyyət çəkən Teo Uolkotun alternativi kimi görür.
 
Qeyd edək ki, Draksler 2011-ci ildə karyerasına elə “Şalke”də başlayıb.
Shares: