"Bavariya"nın futbolçusu Toni Kroos maraqlı açıqlaması ilə diqqət çəkib. Futbolinfo.az xəbər verir ki, "Mançester Yunayted"in transfer siyahısında olan 24 yaşlı oyunçu yerli mətbuata Premyer Liqa nəhənginə mümkün keçidini belə şərh edib:
 
"Heç bir şey olmaz demirəm. "Bavariya" ilə 2015-ci ilə qədər müqaviləm var, ancaq bu ana qədər yeni müqavilə mövzusunda bir görüş keçirməmişik. Hələlik yalnız mövsümün ikinci dövrəsinə köklənmişəm".
 
Bu mövsüm "Bavariya"nın oynadığı 30 rəsmi matçın hamısında forma geyən yarımmüdafiəçini izləmək üçün bir müddət öncə MY-nin baş məşqçisi Devid Moyes Almaniyaya getmişdi.
Shares: