Futbol üzrə Fransa çempionatında 23-cü turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 2-ci oyun günündə daha 6 görüş baş tutub.
 
"Loryan" – "Monako" və "Evian" – "Ayaçço" qarşılaşmalarında qalib müəyyənləşməyib. "Bastiya" "Genqam"ı, "Sent Etyenn" "Valansyenn"i, "Soşo" "Nant"ı məğlub yola salıb. "Reyms"in qonağı olan "Monpelye" isə səfərdə inamlı qələbəyə sevinib.
 
Turun digər oyunları bu gün keçiriləcək.
 
Fransa, Liqa-1
23-cü tur
31 yanvar
 
PSJ – Bordo – 2:0
Qollar: İbrahimoviç, 58, Aleks, 88.
 
1 fevral
 
Loryan – Monako – 2:2
Qollar: Abubakar, 12, Aliadiere, 73 – Valere, 41, Kurjava, 87.
 
Bastiya – Genqam – 3:2
Qollar: A.Ba, 52, Skillaçi, 81, Budebuz, 88-pen – Raşid, 50; 55.
 
Evian – Ayaçço – 1:1
Qollar: Ruben, 85 – Tallo, 89.
 
Reyms – Monpelye – 2:4
Qollar: Ayite, 58, El Kautari, 65-öz qapısına – Yoris, 29, Çabella, 47; 56, Nyanq, 69.
 
Sent Etyenn – Valansyenn – 3:0
Qollar: Kohade, 45, Korqne, 56, Mollo, 87.
 
Soşo – Nant – 1:0
Qol: Sunzu, 45.
 
2 fevral
 
17:00. Nitsa – Lill
20:00. Renn – Olimpik (Lion)
00:00. Olimpik (Marsel) – Tuluza
Shares: