"Qəbələ" məğlubiyyətindən sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov oyun haqda fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, Məmmədov bunları bildirib:
"Qəbələ" bizim üçün çətin rəqibdi. Öz səhvlərimizdən 3 top buraxdıq. Hesabı oyuna görə saymıram. Biz də yaxşı oynadıq. “Qəbələ” azarkeşləri müxtəlif şüarlarla bizə təsir edirdi. Rəqibə qarşı küçə ifadələri işlədənləri azarkeş hesab etmirəm, “Qəbələ”yə layiq deyillər”.





