PSJ-nin 64 milyon avroluq forvardı Edinson Kavani zədələnib. Futbolinfo.az xəbər verir ki, Fransa Liqa 1-in son turunda “Bordo” ilə qarşılaşmada zədələnən ururqvaylının pəncəsindən xəsarət aldığı bildirilir.
Müayinədən sonra hücumçunun zədəsinin ciddi olmadığı açıqlanıb. Lakin Kavani ehtiyat məqsədi ilə Çempionlar Liqasının 1/8 final matçında “Bayer”lə ilk oyunu buraxmalı olacaq.





