Mövsüm ərizndə "Qəbələ"nin əsas heyətinə düşməkdə çətinlik çəkən sloveniyalı müdafiəçi Deyan Kelhar özünə yeni iş yeri tapıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu Serbiyanın “Srvena Zvezda” klubuna keçib.
Kelhar sözügedən klubla 6 aylıq müqavilə imzalayıb.
Xatırladaq ki, Sloveniya millisinin üzvü olan Kelhar Topaz Premyer Liqasının 2013/2014-cu il mövsümündə cəmi 197 dəqiqə meydanda olmuşdu.
Qeyd edək ki, Deyan Kelhar 2013-ci ildə "Qəbələ"yə "Samsunspor"dan keçmişdi.





