Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra bir neçə gün öncə keçirilmiş Super Kubok uğrundakı oyunla bağlı aşağıdakı qərarlar çıxarılıb:
Azərbaycan Super Kubokunun “Xəzər Lənkəran” – “Neftçi” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün  klublar 1000 manat cərimə olunub.
 
Matçın 64-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Sadio Tounkara idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
 
Qeyd edək ki, bu cəza yalnız Super Kubok oyununa şamil edilir.
Shares: