Futbol üzrə Azərbaycan 1-ci divizionunda 16-cı turun “Şahdağ” – “Göyəzən” və “Kəpəz” – Mil-Muğan” oyunlarının keçirilmə yeri dəyişdirilib. Futbolinfo.az xəbər verir ki, “Şahdağ” və “Kəpəz” klublarının PFL-ə müraciətinə əsasən “Şahdağ” – “Göyəzən” matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, “Kəpəz” – Mil-Muğan” matçı isə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçiriləcək.
 
Buna səbəb hər iki klubun ev oyunlarını keçirdiyi stadionun ot örtüyünün əlverişsiz şəraitdə olmasıdı.
 
1-ci divizion
16-cı tur
8 fevral (şənbə)
 
Şahdağ – Göyəzən
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 14:00
 
Kəpəz – Mil-Muğan
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00
Shares: