İngiltərənin “Çelsi” klubunda zədəli futbolçular bir-bir sıralara qayıtmağa başlayıb. Futbolinfo.az xəbər verir ki, həkimlər son oplaraq “zadəganlar”ın ispan qolçusu Fernando Torres barədə müsbət xəbər veriblər.
29 yaşlı hücumçu artıq dizindəki zədəsini sağaldıb. “Mançester Yunayted”lə oyunda xəsarət alan ispan forvard London klubunun bu günkü məşqində də iştirak edib. Həftəsonu onun meydana çıxmaq ehtimalı böyükdü.





