La Liqa nəhəngi "Barselona"da son vaxtlar əvvəlki tək yaxşı çıxış etmədiyinə görə tənqid olunan Lionel Messi son vəziyyəti ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, argentinalı tənqidlərin əksinə hazırda çox yaxşı formada olduğunu bildirib:
 
"Enerjim yüksəkdi. Uzun müddətdən sonra yenidən yaşıl meydanlardayam. İndiki durumumdan çox məmnunam. Doğru zamanda ən yüksək səviyyəyə yüksələcəyimə inanıram.  Ümid edirəm ki, bu il həm "Barselona", həm də Argentina üçün çox yaxşı il olacaq. "Barselona"  bütün kubokları qazanmalıdı. Hələ çox şey öyrənməliyəm.  Bütün kubokları qazanmaq istəyirəm".
Shares: