Bu qış "Bakı"dan icarə əsasında "Simurq"a keçən Mindauqas Kalonasın keçmiş komandasına qarşı oynayıb-oynamayacağı son günlərin əsas müzakirə mövzularından biri idi. Futbolinfo.az saytının Zaqatalaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, litvalı yarımmüdafiəçinin paytaxt təmsilçisi ilə görüşdə iştirakı baş tutmayacaq.
Buna "zolaqlılar"ın baş məşqçisi Milinko Pantiçin Kalonasın onlara qarşı oynamasına qadağa qoymasıdı. Belə ki, tərəflər arasındakı razılaşmaya görə, Kalonas ən azı ilk qarşılaşmada forma geyməməlidi.
Qeyd edək ki, "Simurq" – "Bakı" oyunu bu gün keçiriləcək.





