Madrid "Real"ın futbolçusu Kriştianu Ronaldo cari mövsüm Çempionlar Liqasında qalib olmaq istədiyini bildirib. Futbolinfo.az xəbər verir ki, portuqal qolçu "Bavariya"nın ötən mövsüm əldə etdikləri uğurları təkrarlamaq istəyir.
O, bu haqda "Sky Sport"a danışıb: "ÇL-də kubok qaldırmaq bir məcburiyyət olmamalıdı. Amma artıq həm azarkeşlər, həm də futbolçular bu uğuru əldə etmək istəyir. "Real" hər zaman qazanmağı düşünən komandadır. Buna görə də hədəflərimizin yüksək olması normaldı. Həmçinin Karlo Ançelotti kimi mükəmməl bir baş məşqçimiz var. Bu il ÇL-i qazanacağımıza inanıram".





