İtaliyanın “Milan” klubunun son turlardakı uğursuz oyunu artıq komandada təşvişə yol açıb. Futbolinfo.az xəbər verir ki, Milan klubunun rəhbərliyi baş məşqçi Massimiliano Alleqrinin yerinə yeni baş məşqçi axtarışına çıxıb.
Alleqrinin postuna ən real namizəd isə “Milan”ın keçmiş futbolçusu, yaşayan əfsanə Filippo İnzaqidi. Böyük ehtimalla Alleqri gedəcəyi halda onu məhz İnzaqi əvəzləyəcək.
Xatırladaq ki, “Milan” geridə qalan 9 turdan sonra 11 xalla 10-cu yerdə gedir.





