İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Türkiyəyə yollanacaq. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı Çempionlar Liqasının 1/8 finaldakı rəqibləri "Qalatasaray"ın oyununu canlı izləmək fikrindədi.
Təcrübəli çalışdırıcı son 2 həftədə klub nümayəndələrini Türkiyəyə göndərsə də, bu dəfə özü “Cm-Bom”un oyununu izləmək qərarına gəlib.
Komandalar arasındakı 1/8 final matçı əvvəlcə İstanbulda fevralın 26-da, daha sonra martın 18-də Londonda keçiriləcək.





