FİFA bu gün 2013-ci il üçün dünyanın ən yaxşı məşqçisi adına namizəd olan mütəxəssislərin adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, siyahıda on baş məşqçi yer alıb.
 
Dünyanın ən yaxşı məşqçisi adına namizədlər bunlardı:
 
Karlo Ançelotti (Real)
Rafael Benites (Napoli)
Antonio Konte (Yuventus)
Visente del Boske (İspaniya millisi)
Aleks Ferquyson (“Mançester Yunayted”in sabiq baş maşqçisi)
Yupp Haynkes (“Bavariya”nın keçmiş baş məşqçisi)
Yürgen Klopp (Dortmund “Borussiya”sı)
Joze Mourinyo (Çelsi)
Luis Felipe Skolari (Braziliya millisi)
Arsen Venger (Arsenal)
 
Qalibin adı yanvarın 13-də bəlli olacaq.
 
Qeyd edək ki, ötən il bu mükafata İspaniya millisinin baş məşqçisi Visente Del Boske layiq görülüb.
Shares: