“Bavariya”nın idman direktoru Matias Sammer komandanın aparıcı üzvləri Tomas Müller və Xavi Martinezin heyətdən ayrılacağında dair xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, bundesliqa nəhənginin adıçəkilən oyunçuları heç yerə göndərməyəcəyini açıqlayıb:
“Yayda “Real”ın Martinezlə bağlı cəhdləri olmuşdu. Amma nə Martinez “Real”a, nə də Müller hər hansı komandaya gedəcək? Tam bir axmaqlıqdı! Biz satın alan klubuq, satan deyil. Martinez və Müller haqqında məni narahat edən tək şey budu".
Qeyd edək ki, “Bavariya”nın baş məşqçisi Xosep Qvardiola isə Toni Krosun satılacağı ilə bağlı xəbərləri təkzib edib.





