Topaz Premyer Liqasında 20-ci turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidi:
 
Qapıçı – Lukaş Sapela (Rəvan)
 
Müdafiəçilər – Vanderson Skarduelli (Xəzər Lənkəran), Brüs Abdulaye (İnter), Bədavi Hüseynov (Qarabağ), İlqar Qurbanov (Qarabağ)
 
Yarımmüdafiəçilər – Reynaldo Silva (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo Silva (Qarabağ), Ağabala Ramazanov (Xəzər Lənkəran)
 
Hücumçular – Vaqif Cavadov (İnter), Franka Nildo (Xəzər Lənkəran)
 
Turun ən yaxşı oyunçusu “İnter”in hücumçusu Vaqif Cavadovdu. 
Shares: