Topaz Premyer Liqasının 21-ci turunun “Bakı” klubu ilə oyununa hazırlaşan “Neftçi” bu gün növbəti məşqini keçib. Futbolinfo.az xəbər verir ki, klubun bazasındakı meydanda baş tutan hazırlıq prosesini Azərbaycan milli komandasının məşqçisi Volfqanq Rolf və qapıçılar üzrə məşqçi Uli Ştayn da izləyib.
Onlar “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevlə milliyə namizəd futbolçular haqda söhbət edib, fikir mübadiləsi aparıblar.





