Həftəsonu Topaz Premyer Liqasının 12-ci turunda "Neftçi" doğma azarkeşlər önündə "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Futbolinfo.az xəbər verir ki, azarkeşlərin bu oyuna marağı kifayət qədərdi.
Azarkeş qruplarının "Böyük oyun"a necə hazırlaşdığını öyrənmək üçün yenidən bərpa olunan "UltraNeftçi" azad azarkeş qrupunun rəhbəri Rəşad Zalovla əlaqə saxladıq. Fan-klub rəhbəri saytımıza açıqlamasında bunları bildirib:
“Hələki “Böyük oyun" üçün hansısa bir pankart fikirləşməmişik. Bu oyuna elə də fərqli baxmırıq. Çünki qarşımızdaki rəqib elə də güclü rəqib deyil, çempionatda axırıncı yerlərdə gedir. Super Kubok oyununda bizim komandada problemlər vardı. Böyükağa Hacıyevin gedişindən sonra komandanı Tərlan Əhmədov idarə edə bilmirdi. Mənə elə gəlir ki, bu oyunda Nazim Süleymanov “Xəzər Lənkəran”a qalib gəlməklə azarkeşlərin hörmətini qazanacaq. Bu oyun üçün ağlımızda bir neçə xüsusi pankartlar var, başqa heçnə olmayacaq. Fan-klubumuzun 200-ə yaxın üzvü var. Gəlmiyənlər ola bilər deyə, hardasa 100-150-ə yaxın uşaq olacaq oyunda. Artıq bizim rəhbərliklə heç bir əlaqəmiz yoxdu. Biletləri də özümüz alacağıq".
Bundan başqa Zalov rəqib azarkeşlər haqda da danışıb:" Oyunda qonaq komandanın azarkeşlərinin iştirak etməməsi qərarı AFFA-nın mənasız qərarlarından biri oldu. Çünki “Böyük oyun”un marağı azarkeşlərdi. Biz gedəcəyik və öz sözümüzü deyəcəyik, amma bizə “Xəzər Lənkəran” tərəfindən cavab verən olmayacaq. Ona görə “Xəzər Lənkəran” fanatları stadiona gəlməlidilər. Məndə olan məlumata görə, 50-ə yaxın Lənkəran azarkeşi stadionda olacaq. Fan-klub kimi yox, adi azarkeş kimi gələcəklər. Gizli şəkildə stadiona girib bizə qarşı şüarlar səsləndirmək fikriləri var. Buna təxribat da demək olar. Kubok oyunundan sonra, Lənkəranda olan hadisələri də gördüz. Onlar həmişə bizə qarşı təxribat ediblər".
Sonda isə "Neftçi" azarkeşi həbsdə olan azarkeş Zaur Ərəbovdan danışıb:
“İnter”lə oyunda iştirak etmədik. Hələ yeni yaranmışıq deyə, toplana bilməmişdik. İnşallah “Xəzər Lənkəran”la oyunda iştirak edəcəyik. Elə həmin oyun üçün də bir pankart nəzərdə tutmuşuq, Zaura azadlıq üçün. Ümumiyyətlə dəfələrlə Zaura azadlıq pankartı açmaq istəmişik, polis bizə icazə verməyib. Yadımda qalmayıb, hansısa oyun idi. Biz Zaura azadlıq pankartı açdıq, biraz keçdikdən sonra polis gəlib bizə onu bağlamağı dedi. Bu oyunda da pankarta icazə verməsələr yenə, şüarlar olacaq".





