Madrid “Real”ı “Yuventus”un istedadlı yarımmüdafiəçisi Arturo Vidalı transfer etmək fikrindən əl çəkmir. Futbolinfo.az xəbər verir ki, “Kral klubu” qışda cəhdlər göstərsə də, buna nail ola bilməmişdi.
 
Odu ki, yayda əsas  hədəf məhz çilili futbolçu olacaq. “Real” daha əvvəl Dormund “Borussiya”sından İlkay Gündoğanın keçidini reallaşdırmaq istəsə də, yarımmüdafiəçinin səhhətiylə bağlı ciddi problemlər yarandığından madridlilərin planları dəyişib.
 
Hazırda Vidalın “Mançester Yunayted”in də maraq dairəsində olduğu bildirilir.
Shares: