Topaz Premyer Liqasının 12-ci turunda "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran" Bakıya gəlir. Bu barədə Futbolinfo.az-a klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu məlumat verib.

Klub rəsmisi bütün heyətin paytaxta gətirildiyini bildirib. Komanda təxminən 18:00 radələrində Bakıya çatacaq. Cənubluların bugünə məşqi planlaşdırılmayıb. "Modern Hotel"də məskunlaşacaq Con Toşakın komandası sabah və birigün məşqə çıxacaq.

Shares: