"Arsenal" növbəti transfer hədəfini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, hücum xəttini gücləndirməyi planlaşdıran London təmsilçisi "Milan"ın forvardı Əl Şaaraviyə "elçi" düşüb. 

İddialara görə, premyer-liqanın hazırki lideri 21 yaşlı futbolçunun transferi üçün 30 milyon avro ödəməyə hazırdı. Son zamanlar "Milan"ın əsas heyətindən kənarda qalan futbolçunun da "Arsenal"ın təklifini müsbət qarşıladığı bildirilir. 

Qeyd edək ki, Əl Şaaravi ilə "Borussiya" (Dortmund) da yaxından maraqlanır.

Shares: