İngiltərənin “Arsenal” klubunun şərəfini qoruyan Məsut Özil yeni qalmaqala səbəb olub. Futbolinfo.az xəbər verir ki, "Arsenal" – "Çelsi" (0:2) qarşılaşmasından sonra Özilin formasını Mourinyoya verməsi qalmaqal yaradıb.
Oyundan sonra türk əsilli futbolçu sosial şəbəkədə "Formamı Mourinyoya verdim. Çünki o dünyanın ən yaxşı baş məşqçisi və mənim atam kimidi" tvitini paylaşıb.
Azarkeşlərlə yanaşı, Arsen Vengerin də bu tviti müsbət qarşılamadığı bildirilir.





