“Borussiya” (Dortmund) Nuri Şahinin tam hüquqlu sahibinə çevrilməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, 2011-ci ildə “Kral klubu” yarımmüdafiəçini transfer etsə də, zədələr onun oynamasına mane olmuşdu.
“Liverpul”da yarım illik icarədən sonra türk futbolçu “Borussiya”ya qayıdıb. İndi alman klubu futbolçunu tamhüququlu şəkildə transfer etmək niyyətindədi. Buna görə də dortmundlular qışda “Real”a transfer üçün 7 milyon avro təklif edəcək.





