Uels Futbol Federasiyası (UFF)“Mançester Yunayted”in futbolçusu Rayan Qiqqzi milli komandaya baş məşqçi təyin etməyə hazırlaşır. Futbolinfo.az saytının məlumatına görə, bu barədə İngiltərə mətbuatı xəbər yayıb.
 
Elə bu səbəbdən də UFF rəhbərliyi cari ilin sonunda müqavilə müddəti başa çatacaq yığmanın hazırkı çalışdırıcısı Kris Koulmenə yeni anlaşma təklif etmir.
 
Qeyd edək ki, 39 yaşlı yarımmüdafiəçi hazırda “Mançester Yunayted”də həm futbolçu, həm də köməkçi məşqçi kimi fəaliyyət göstərir.
Shares: