Futbol üzrə Qırğızıstan yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb. Futbolinfo.az xəbər verir ki, sözügedən oyunda qırğızların rəqibi İndoneziya olub.
 
Çakartada keçirilən qarşılaşma indoneziyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, Qırğızıstan yığması noyabrın 19-da Azərbaycan millisi ilə də yoldaşlıq matçında üz-üzə gələcək.
Shares: