Bir qədər sonra Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Bakcell Arena”da “Neftçi” – “Xəzər Lənkəran” görüşü start götürəcək. Futbolinfo.az xəbər verir ki, qarşılaşmaya maraq kifayət qədər böyükdü.
 
Artıq azarkeşlər yavaş-yavaş stadiona gəlməyə başlayıblar. Qarşılaşmada mümkün insidentlərin qarşısının alınması üçün təhlükəsizlik yüksək səviyyədə təşkil olunub.
 
Bu dəqiqələrdə oyundan öncə iki klubun iştirakı ilə təşkil olunan iclas da yekunlaşıb. Qarşılaşmanın əhəmiyyətini nəzərə alan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də bu iclasda iştirak edib. O, hər iki komandanın üzvlərinə uğurlar arzulayıb, öz məsləhətlərini çatdırıb.
Shares: