Bir qədər sonra Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Bakcell Arena”da “Neftçi” – “Xəzər Lənkəran” görüşü start götürəcək. Futbolinfo.az xəbər verir ki, artıq cənub təmsilçisinin üzvlərini daşıyan avtobus arenaya gəlib.
Lakin onlar stadiona daxil olarkən xoşagəlməz münasibətlə üzləşiblər. Belə ki, “ağ-qaralar”ın fanatları “Xəzər Lənkəran”ın avtobusuna pirotexniki vasitələr yandıraraq atmaqla qarşılayıblar.





