Futbol üzrə Almaniya Cənubi Regional Liqasının 15-ci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kayserslautern”in ikinci komandası səfərdə “Ayntraxt”ın (Frankfurt) müvafiq komandası ilə qarşılaşıb.
 
Görüş “Kayserslautern”in 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Dadaşov bu görüşdə 90 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, “Kayserslautern” hazırda 23 xalla 5-ci pillədə qərarlaşıb.
Shares: