Futbol üzrə Fransa Liqa 2-də növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” 13-cü tur çərçivəsində “Kann”la üz-üzə gəlib.
 
Görüş “Lans”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində “Land of fire Azerbaijan” formalı komanda turnir cədvəlində üçüncü pilləyə yüksəlib.

Shares: