İngiltərə premyer-liqasının son turunda maraqlı hadisə baş verib. “Stok Siti” – “Sautqempton” qarşılaşmasında qapıçısı Asmir Beqoviçin 13-cü saniyədə vurduğu turun ən yaddaqalan anlarından olub. Futbolinfo.az xəbər verir ki, qarşılaşma başlayan kimi arxaya ötürülən topu uzaqlaşdırmaq istəyən qolkiperin zərbəsi rəqib qapıya qədər gedib çatıb.
“Sautqempton”un qapıçısı Artur Boruts isə müdafiəçilərlə anlaşa bilməyib və top tora qovuşub. Beqoviç bu qolla premyer-liqa tarixinə keçib. O, turnirin ən erkən 5-ci qoluna imza atıb. Bundan başqa adada Maykl Şmeyhel, Tim Hovard, Bred Fridel və Pol Robinsondan sonra qol vuran 5-ci qapıçı olub.





