Topaz Premyer Liqasının 12-ci turunun “Qarabağ” – “Qəbələ” oyunu məhsuldarlığı ilə yadda qaldı. Futbolinfo.az xəbər verir ki, 7 qol vurulmuş oyundan ağdamlılar 4:3 hesablı qələbə ilə qalib ayrıldılar.
Bu görüşdə dubla imza atmaqla yanaşı, həm də bir məhsuldar ötürmə ilə yadda qalan meydan sahiblərinin gürcü futbolçusu Nikolas Gelaşvili qələbəyə belə şərh verdi:
“Ağır oyun oldu. Gərginlik çox idi. Rəqib çox yaxşı oyun sərgilədi. Belə oyunların olmasını çox istərdik. Çünki belə oyunlar azarkeşlərə də, biz futbolçulara da böyük həzz verir. Görüş qarşılıqlı hücumlar şəraitində keçdi. Bu, hesabda da özünü göstərir. Ancaq sonda bir top fərqi ilə də olsa, biz qalib gəldik. Buna görə çox sevinirəm. Komandamı belə çətin mübarizədən üzüağ çıxdığı üçün təbrik edirəm”.





