“Qəbələ” Topaz Premyer Liqasının 12-ci turunda 3 qol vursa da meydanı xalsız tərk edib. Azerisport.az xəbər verir ki, “Qarabağ”la qarşılaşmada məhsuldarlıq nümayiş etdirən Yuri Syominin yetirmələri rəqibinə 3:4 hesabı ilə uduzub.
 
1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində bunadək 22 dəfə belə hadisə yaşanmışdı. Qeyd edək ki, indiyədək “Qarabağ” heç vaxt 3 qol buraxdığı görüşlərdə 3 xal qazanmamışdı. Elə “Qəbələ” də bu qədər qol vuranda xalsız qalmamışdı.
 
Azərbaycan çempionatları tarixində 3-dən artıq qol vurub uduzan komanda olmayıb. (PFL)
 
 
Shares: