Şimali Kipr Türk Cumhuriyyəti (ŞKTC) və Cənubi Kipr futbol federasiyaları arasında müqavilə imzalanıb. Futbolinfo.az xəbər verir ki, siyasi münasibətləri normal olmayan ölkələr arasında futbol əməkdaşlığına başlanması hər kəsi təəccübləndirib.
FİFA prezidenti Yozef Blatterlə UEFA prezidenti Mişel Platininin vasitəçiliyi ilə baş tutan görüşün nəticəsinə əsasən, Cənubi Kipr Futbol Federasiyası FİFA-ya üzv olmaqda davam edəcək və iki ölkədə futbol yarışlarını təşkil edəcək. ŞKTC Futbol Federasiyası onlara tabe olacaq. Bu anlaşma müvəqqəti xarakter daşıyır və əsl anlaşmanın şərtləri gələcəkdə müzakirə olunacaq.





