Bu gecə MBA-nın pley-off seriyasının birinci turunun üç oyunu keçirilib.
Minnesota komandası evdə “Denver Naggets”ə qarşı 6-cı oyunda 110:98 hesabı ilə qalib gələrək seriyanı başa vurub. “Vulvs”un hücumçusu Ceyden Makdaniels 32 xal və 10 ribaundla diqqət çəkib. Qonaq komandada Nikola Yokiç də dabl-dabl (28 xal, 9 asist, 10 ribaund) edib.
“Boston Seltiks” seriyanın 6-cı oyununda Filadelfiyada məğlub olub – 93:106. “Siksers”in ulduzu Tayriz Maksi 30 xal toplayıb. Bununla da seriyanın qalibi Bostonda keçiriləcək 7-ci oyunda bilinəcək.
Nyu-York təmsilçisi Atlanta komandasını rekord fərqlə, 51 xalla (140:89) məğlub edərək ikinci raunda yüksəlib. “Niks” fasiləyə qədər üstünlüyü 47 xalla çatdırıb ki, bu da yeni liqa rekordudur.






