Kiprin “Pafos” klubunun idman direktoru Kristiano Qiaretta açıqlama verib.
Futbolinfo.az saytına danışan klub rəsmisi yeni transferləri olan azərbaycanlı futbolçu Murad Məmmədovun başqa kluba icarəyə veriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib: “Murad Məmmədov mövsüm bitəndə bizim kluba qoşulacaq. Amma onu icarəyə verməyəcəyik. O, klubda qalacaq. Əvvəlcədən də niyyətimiz onun “Pafos”da çıxış etməsi olub”.
Xatırladaq ki, “Neftçi”dən yayda azad agent kimi ayrılacaq Muradın Kiprə yollanacağı çoxdan bəllidir. Bakılılar ona görə yalnız yetişdirmə haqqı alacaq. “Pafos”un isə onu Latviya “Riqa”sına icarəyə göndərəcəyi barədə xəbərlər var. Hər iki klubun sahibi eyni adam – Roman Dubov olduğundan, bu variantın ortaya çıxması təsadüf deyil.
Qiaretta “Qarabağ”a keçəcəcəyi ilə bağlı xəbərlər dolaşan qapıçıları Cey Qorter mıəsələsinə də münasibət bildirib: “Bu barədə heç bir məlumatım yoxdur. Çünki “Qarabağ”dan kimsə mənə zəng vurmayıb”.
Qorterin “Qarabağ”a keçəcəyi ilə bağlı xəbərləri isə Niderland mətbuatı tirajlayıb.






