Basketbol üzrə Avroliqa turnirində ¼ final mərhələsinin 2 oyunu keçirilib.
3-cü oyunda da qələbə qazanan “Olimpiakos” “Dördlər finalı”na vəsiqə əldə edib. Bu dəfə yunanlar “Monako”ya səfərdə 105:82 hesabı ilə qalib gəliblər. Qonaq komandada Evan Furnye 22 xal toplayıb.
Digər oyun “Hapoel”lə Madrid “Real”ı arasında baş tutub. Nominal meydan sahibi olan İsrail klubu seriyanın bitməsinə imkan verməyib. 76:69 hesablı qələbə qazanan “Hapoel” seriyada ümumi hesabı 1:2 edib.
Bu gün ¼ final mərhələsinin daha iki oyunu keçiriləcək. “Fənərbağça” Litvada “Jalgiris”lə, “Panatinaikos” isə evdə “Valensiya” ilə qarşılaşacaq.






