Almaniya millisinin və Dortmund “Borussiya”sının hücumçusu Kərim Adeyemi “Barselona” ilə müqavilə imzalayacaq.

24 yaşlı forvard artıq “Barselona”nın baş məşqçisi Hans-Diter Flik ilə söhbət edib. Transferin məbləği 22 milyon avro təşkil edəcək, daha 7 milyon avro bonuslar şəklində nəzərdə tutulub.

Qeyd edək ki, Adeyemi 2022-ci ildən “Borussiya”da çıxış edir. O, bu müddətdə komandada 146 matç keçirib, 36 qol vurub və 25 məhsuldar ötürmə edib. Futbolçunun dortmundlularla müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.

Shares: