Çempionlar Liqasında mübarizə aparacaq “Komo” heyətini gücləndirir. Qitənin ən əsas yarışında debüt edəcək İtaliya klubu təcrübəli oyunçulara da ehtiyac duyur.
Futbolinfo.az xəbər verir ki, “Komo” bunun üçün növbəti addımını atıb. Trevoh Çaloba tezliklə Apenninə köçəcək. Onun transferi üçün “Çelsi” ilə ilkin razılıq əldə edilib. İngilislər müdafiəçisini 30 milyon avroya satmağa razılaşıb.
27 yaşlı müdafiəçi Londonda əsas heyətdə yerini itirib. Bu səbəbdən İtaliya təmsilçisinin təklfini qəbul edərək şəxsi müqavilənin detalarını razılaşdırıb.
