MBA 2025-26 mövsümü üçün izləyici sayının statistikasını açıqlayıb.
ABŞ-də 170 milyon insan liqanın dörd əsas yayım platformasında (NBC/Peacock, NBA TV, ABC/ESPN və Amazon Prime Video) oyunları izləyib. MBA-nın məlumatına görə, 2024-25 mövsümü ilə müqayisədə bu, 86 faiz artım olmaqla, liqanın son 24 ildə ən yaxşı göstəricisi deməkdir.
Xatırladaq ki, 2024-cü ildə liqa ilə bu mövsümün əvvəlindən qüvvəyə minən 76 milyard dollar dəyərində yeni 11 illik media müqaviləsi imzalanıb.
Bu mövsümdə reallaşan 57 televiziya yayımı orta hesabla iki milyon izləyici toplayıb – bu, 2011-12 mövsümündən bəri ən yüksək göstəricidir. Tamaşaçılar həmçinin, 920 milyon saatdan çox MBA oyununu izləyiblər ki, bu da ötən mövsümlə müqayisədə 25 faiz artım və 2011-12 mövsümündən bəri ən yüksək göstəricidir.
MBA Kuboku oyunlarının izləyici sayı isə 90 faiz artıb.





